Dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ və İran arasında əldə olunan razılaşmanı regionda sülh və sabitlik yolunda mühüm addım kimi dəyərləndirib.
Zefer.media xəbər verir ki, Ərdoğan dünyanın uzun müddətdir ehtiyac duyduğu bu razılaşmanın Yaxın Şərqdə davamlı sülh və təhlükəsizlik mühitinin formalaşmasına töhfə verə biləcəyini ifadə edib.
Türkiyə lideri tərəfləri sənədin rəsmi imzalanmasına qədər təmkinli davranmağa çağıraraq sərt bəyanatlardan, təxribat xarakterli və gərginliyi artıra biləcək addımlardan çəkinməyin vacibliyini vurğulayıb.
O, Pakistanın vasitəçilik səylərini yüksək qiymətləndirərək, Qətər və Səudiyyə Ərəbistanına diplomatik təşəbbüslərə verdikləri dəstəyə görə təşəkkür edib.
“Biz bölgəmizdə sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə, diplomatiya və beynəlxalq hüquqa əsaslanan davamlı həll yollarının təşviqinə yönəlmiş bütün səyləri dəstəkləməyə davam edəcəyik”, – deyə Ərdoğan bildirib.
Zərintac Mayisqızı

















