Bu gün İranın ali rəhbərinin hərbi müşaviri, general Yəhya Rəhim Səfəvi ABŞ ilə aparılan danışıqlarda bəzi əsas məsələlər üzrə razılıq əldə olunduğunu bildirib və sənədin detallarının artıq ali dini rəhbərə təqdim edildiyini qeyd edib.
Zefer.media xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Səfəvinin sözlərinə görə, Pakistan və Qətərin vasitəçilik səyləri davam edir və prosesdə müəyyən irəliləyişlər əldə olunub.
Yəhya Rəhim bildirib ki, İranın ballistik raket proqramı, istehsal imkanları və mənzili, eləcə də dondurulmuş aktivlərin azad edilməsi və kompensasiya məsələləri müzakirə olunaraq razılaşma layihəsinə daxil edilib.
O vurğulayıb ki, Hörmüz boğazı məsələsi ABŞ ilə birbaşa müzakirə edilməyəcək və bu mövzunun daha çox region dövlətləri ilə, xüsusilə Omanla həll ediləcəyi gözlənilir.
Məlumata görə, İran tərəfi zənginləşdirilmiş uranın ölkədə qalmasını, ancaq beynəlxalq nəzarət mexanizminə açıq olmasını qəbul edir.
Zərintac Mayisqızı
















