Dünya

Ermənistan MSK daha bir məntəqədə səsvermənin nəticələrini etibarsız saydı

12 İyun 2026, 17:131
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Ermənistanın Mərkəzi Seçki Komissiyası (MSK) daha bir məntəqədə səsvermənin nəticələrini etibarsız hesab edib.

Zefer.media xəbər verir ki, bu barədə Ermənistan mediası MSK-nın mətbuat xidmətinə istinadən məlumat yayıb.

Söhbət Ararat vilayətinin Abovyan kəndindəki (Artaşat icması) 12/13 nömrəli məntəqədən gedir. Səsvermə nəticələrinin ləğv edilməsinə səbəb məntəqədə 8 nömrəli (“Milli-demokratik qütb”) bülletenin olmaması olub. Seçki komissiyasının protokoluna əsasən, orada səsvermədə 809 nəfər iştirak edib.

Ən çox səsi “Vətəndaş müqaviləsi” toplayıb – 602. Müxalif “Ermənistan” və “Güclü Ermənistan” blokları müvafiq olaraq – 67 və 71 səs alıblar.

İyunun 11-də MSK növbədənkənar iclasında iki məntəqədə – İrəvanda və Sünikdə səsvermənin nəticələrini ləğv edib.

“Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyan Ermənistanda parlament seçkilərinin ikinci turunu təşkil etməyə çağırıb.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600