Dünya

ABŞ-İran memorandumu nə zaman imzalanacaq?

12 İyun 2026, 16:092
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

ABŞ və İran arasında regional gərginliyə son qoymağı hədəfləyən memorandum bazar günü imzalana bilər.

Zefer.media xəbər verir ki, bu barədə “Reuters” agentliyi bildirib.

Qeyd edilib ki, tərəflər sənədin mətnini şənbə gününə qədər yekunlaşdırmağa çalışırlar. Hazırda memorandumun imzalanması üçün ən real məkan kimi Cenevrə göstərilir.

“Reuters”in məlumatına görə, sənədin ABŞ-nin vitse-prezidenti C. D. Vens və İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf tərəfindən imzalanması nəzərdə tutulur.

Yüksək vəzifəli İran mənbəsinin bildirdiyinə görə, layihə İran neftinə qarşı tətbiq edilən sanksiyaların ləğvini, dondurulmuş İran aktivlərinin azad edilməsini və regionda, o cümlədən Livan istiqamətində atəşkəsin təmin olunmasını əhatə edir.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600