Dünya

İranda parlament iclasları bu səbəbdən məhdudlaşdırılıb

11 İyun 2026, 12:381
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Dünən İran Ali Milli Təhlükəsizlik Şurası parlamentin iclaslarının keçirilməsi ilə bağlı açıqlama yayıb.

Zefer.media xəbər verir ki, açıqlamada bildirilir:

“Mövcud təhlükəsizlik şəraiti səbəbindən parlamentin həm qapalı, həm də plenar iclaslarının ənənəvi formada keçirilməsi demək olar ki, mümkün deyil”.

Şura qeyd edib ki, ölkədəki vəziyyət parlament iclaslarının plenar şəkildə keçirilməsi üçün əlverişli deyil və bu səbəbdən media tərəfindən parlamentin “buraxılması” kimi iddiaların yayılmaması tövsiyə edilir.

Məlumatda vurğulanıb ki, mövcud müharibə şəraiti və təhlükəsizlik riskləri fonunda millət vəkillərinin bir yerdə toplanması potensial təhlükə yarada bilər.

Buna görə də iclasların məhdud formatda və ya alternativ üsullarla keçirildiyi ifadə olunur.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600