Dünya

“Aİİ-yə üzvlük məsələsi təcili olaraq həll edilməlidir”

10 İyun 2026, 15:301
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

“Ermənistan artıq Avropa İttifaqına (Aİ) qoşulmaq haqqında qanun qəbul edib, lakin Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlük məsələsi təcili olaraq həll edilməlidir”.

Zefer.media xəbər verir ki, Rusiyanın Xarici işlər naziri Sergey Lavrov bunu iyunun 10-da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Xarici İşlər Nazirləri Şurasının iclasından sonra keçirilən mətbuat konfransında açıqlayıb.

“Bilirsiniz, Ermənistan artıq Aİ-yə qoşulmaqla bağlı qanun qəbul edib, ona görə də məsələ artıq aktualdır”, – deyə o bildirib.

Nazir həmçinin qeyd edib ki, Ermənistan NATO ilə əməkdaşlığını fəal şəkildə genişləndirir. Lavrov ölkənin hərbi təlimlərdə iştirak etdiyini, hərbi texnika aldığını və həm alyans, həm də Aİ ilə nümayəndə heyətlərinin mübadiləsi apardığını vurğulayıb. Eyni zamanda, Lavrov Ermənistanın KTMT-nin tamhüquqlu üzvü olaraq qaldığını vurğulayıb.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600