Dünya

Trampdan İrana sərt mesaj: “İndi bunun bədəlini ödəyəcəklər”

10 İyun 2026, 15:254
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

ABŞ prezidenti Donald Tramp İranın Yaxın Şərqdəki ABŞ hədəflərinə zərbələr endirməsindən sonra “Truth Social” platformasında sərt açıqlama yayıb.

Zefer.media xəbər verir ki, Tramp paylaşımında İran ordusunun ağır zərbə aldığını deyərək yazıb:

“Ölkənin hərbi potensialının böyük hissəsi artıq sıradan çıxıb. İran ordusu tamamilə bərbad vəziyyətdədir. Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri kimi, onun böyük bir hissəsi artıq mövcud deyil – onlar tamamilə məğlub olublar. İranın işi yalnız danışmaqdır, əmələ gələndə isə ortada heç nə yoxdur. Yaxın Şərqin zorakısı ölüb! Onlar özləri üçün əla olacaq bir razılaşmanı müzakirə etmək üçün çox vaxt sərf ediblər, indi isə bunun bədəlini ödəməli olacaqlar!”, – deyə, Tramp yazıb.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600