Dünya

İran ABŞ və İsraili diplomatik prosesə zərər vurmaqda ittiham edib

10 İyun 2026, 14:061
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün İran Xarici İşlər Nazirliyi ABŞ və İsraili diplomatik prosesə zərər vurmaqda günahlandırıb.

Zefer.media xəbər verir ki, nazirliyin sözçüsü İsmayıl Bəqayi ABŞ ilə danışıqların davam etdirilməsi son hadisələr fonunda yenidən nəzərdən keçiriləcəyini bildirib.

Onun sözlərinə görə, ABŞ və İsrail tərəfindən atəşkəsin dəfələrlə pozulması diplomatik prosesə mənfi təsir göstərib.

Bəqayi qeyd edib ki, “diplomatiya və hərbi fəaliyyət ayrılmazdır” və bunlar birlikdə İranın milli maraqlarını və təhlükəsizliyini qorumaq üçün vasitədir.

O, vurğulayıb ki, İran Silahlı Qüvvələri lazım olduqda onlara cavab verməkdən çəkinməyəcək və ölkənin müdafiəsi üçün bütün vasitələrdən istifadə ediləcək.

Nazirlik rəsmisi əlavə edib ki, diplomatik proses boşluqda baş vermir və onun irəliləməsi üçün minimum siyasi şərait tələb olunur.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600