Rusiya qoşunları 10 iyun səhəri Xarkova kütləvi hücum edib, rayonlardan birində pilotsuz təyyarə çoxmərtəbəli binaya dəyib və xəsarət alanlar var.
Zefer.media xəbər verir ki, bu barədə Xarkov meri İqor Terexov və Xarkov şəhər meriyasının rəhbəri Oleq Sinegubovun teleqramında bildirilib.
Terexovun sözlərinə görə, şəhərin Sənaye rayonunda yerləşən çoxmərtəbəli binaya zərbə endirilib.
Qarşı tərəfin pilotsuz təyyarəsinin zərbəsi nəticəsində 1-ci və 2-ci mərtəbələr yanıb.
Hazırda üç zərərçəkən məlumdur, onların sayı və vəziyyəti dəqiqləşdirilir.
Sinegubovun sözlərinə görə, (Bakı vaxtı ilə) səhər saat 10:00-dan etibarən şəhərin Nemışlyanski, Kiyevski, Şevçenkivski və Sənaye rayonlarında Rusiya pilotsuz təyyarələrinin zərbələri qeydə alınıb.
Ruslar, həmçinin Kiyev rayonunda bir avtomobili dronla hədəfə alıb. Əvvəlcə itki olmayıb.
Sənaye rayonundakı yaşayış binasında 23, 27 və 77 yaşlarında üç qadın xəsarət alıb. Tibbi briqadalar hadisə yerindədir və lazımi yardım göstərir.
Zərintac Mayisqızı

















