Dünya

İran Türkiyə və Səudiyyə Ərəbistanı ilə regional gərginliyi müzakirə edib

10 İyun 2026, 11:122
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün İranın xarici işlər naziri Abbas Əraqçı Türkiyənin xarici işlər naziri Hakan Fidan və Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhanla ayrı-ayrılıqda telefon danışıqları aparıb.

Zefer.media xəbər verir ki, tərəflər ABŞ-nin İranın cənub bölgələrinə hücumları ilə bağlı xəbərlərdən sonra regionda yaranmış vəziyyəti və son hadisələri müzakirə ediblər.

Əraqçı söhbətlər zamanı ABŞ-nin addımlarını pisləyərək onları ölkənin suverenliyinin pozulması kimi dəyərləndirib. O, İranın özünümüdafiə hüququna malik olduğunu vurğulayıb.

Telefon danışıqlarında bölgədə gərginliyin daha da artmasının qarşısının alınması, sabitliyin qorunması və diplomatik səylərin davam etdirilməsi məsələləri də müzakirə olunub.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600