• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
23.3° Weather Columbus
$
1.7
€
1.9628
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Gündəm

Azərbaycanın Serbiya ilə turizm əlaqələri inkişaf etdirilir

09 İyun, 26 / 17:22
A A

İyunun 8-də Azərbaycan Turizm Bürosu tərəfindən Serbiyanın paytaxtı Belqrad şəhərində Azərbaycanı ilboyu cəlbedici turizm istiqaməti kimi tanıtmaq məqsədilə tədbir təşkil olunub.

Zefer.media xəbər verir ki, tədbirdə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Azərbaycan Respublikasının Serbiya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kamil Xasıyev, Serbiya Respublikasının Turizm və Gənclər Nazirliyinin dövlət katibi Nikola Miyayloviç, Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid, Beynəlxalq Xizək və Snoubord Federasiyasının (FIS) nümayəndələri, eləcə də hər iki ölkənin turizm sənayesi və media nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev qeyd edib ki, Azərbaycan və Serbiya arasında münasibətlər dövlət başçılarının rəhbərliyi ilə formalaşmış güclü dostluq və strateji tərəfdaşlığa əsaslanır. O bildirib ki, qarşılıqlı vizasız rejim, həyata keçirilən birgə təşəbbüslər və Bakı-Belqrad arasında birbaşa aviareysin istifadəyə verilməsi iki ölkə arasında turizm əlaqələrinin inkişafına, turist mübadiləsinin artmasına və işgüzar əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir.

Tədbir çərçivəsində keçirilən B2B formatlı görüşlərdə 8 yerli turizm sənayesi nümayəndəsi, eləcə də “Air Serbia” təmsilçiləri daxil olmaqla Serbiyadan 30-a yaxın turizm şirkətinin nümayəndəsi iştirak ediblər. Seminar zamanı Azərbaycanın turizm məhsulları təqdim olunub, ölkənin ilboyu səyahət üçün cəlbedici istiqamət kimi təşviqi və qarşılıqlı əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Eləcə də Serbiya media nümayəndələrinin iştirakı ilə brifinq keçirilib, Azərbaycanın turizm məhsulları və potensialı haqqında ətraflı məlumat verilib.

Xatırladaq ki, mayın 3-dən etibarən “Air Serbia” tərəfindən Bakı-Belqrad marşrutu üzrə həftədə iki dəfə birbaşa uçuşlar həyata keçirilir. Bakı-Belqrad marşrutu istifadəyə verildiyi gündən etibarən yüksək tələbatla qarşılanıb və reysin orta doluluq göstəricisi 87 faiz təşkil edib.

Bənzər Xəbərlər

Gündəm

Ceyhun Hüseynovun xatirəsi doğma kəndində yad edildi – VİDEOREPORTAJ

İyun 10, 2026
Gündəm

Təcili tibbi yardım əməkdaşları üçün praktiki təlim keçirilib

İyun 9, 2026
Gündəm

Vyetnamın Baş prokuroru “ASAN xidmət”də

İyun 9, 2026
Gündəm

“YAŞAT” Fondu Şəkidə yaz düşərgəsi reallaşdırıb

İyun 9, 2026
Dünya

Paşinyanın partiyası səslərin 50,4 faizini qazanıb

İyun 8, 2026
Gündəm

Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalanması və Türkiyə ilə sərhədlərin açılmasından danışıb

İyun 8, 2026

XƏBƏR LENTİ

İran Oman yaxınlığında neft tankerinə zərbələr endirib

10 İyun, 26 / 15:42

“Aİİ-yə üzvlük məsələsi təcili olaraq həll edilməlidir”

10 İyun, 26 / 15:30

Trampdan İrana sərt mesaj: “İndi bunun bədəlini ödəyəcəklər”

10 İyun, 26 / 15:25

Bu kreditlər üzrə faizləri dövlət ödəyəcək

10 İyun, 26 / 14:37

Azərbaycanda orta aylıq maaş artıb

10 İyun, 26 / 14:36

Pezeşkian: “Mərhum ali lider ABŞ ilə danışıqların davamına icazə vermişdi”

10 İyun, 26 / 14:09

İran ABŞ və İsraili diplomatik prosesə zərər vurmaqda ittiham edib

10 İyun, 26 / 14:06

Putin və Paşinyan arasında görüş barədə hələlik dəqiq razılıq yoxdur

10 İyun, 26 / 14:03

“Manşet.az”ın fəaliyyətə başlamasından 5 il ötür

10 İyun, 26 / 13:56

Zakir Həsənov Serbiyada rəsmi səfərdədir

10 İyun, 26 / 12:51

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.