Dünya

İran-ABŞ münasibətlərində dönüş nöqtəsi yaxınlaşır?

9 İyun 2026, 16:081
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

İranın keçmiş diplomatı və Ali Milli Təhlükəsizlik Şurasının sabiq üzvü Hüseyn Musəvian “X” hesabındakı  paylaşımında son regional proseslər və İran-ABŞ münasibətləri ilə bağlı fikirlərini bölüşüb.

Zefer.media xəbər verir ki, Musəvian Pakistandan İrana xüsusi mesaj çatdırıldığını və həmin mesajın İranla ABŞ arasında danışıqlarda qalan problemlərin həllinə yönəldiyinin ehtimal olunduğunu vurğulayıb.

Keçmiş diplomatın sözlərinə görə, İsrail Livanda atəşkəsi pozaraq Beyrut və Dahiyəyə hücum edib, İran isə buna cavab olaraq İsrailə zərbələr endirib. Musəvianın sözlərinə görə, İran ABŞ bazalarını və ya Fars körfəzi ölkələrini hədəfə almayıb.

O, BƏƏ-dən özəl təyyarənin Mehrabad hava limanına enməsi barədə yayılan məlumatlara toxunaraq bunun diplomatik məqsəd daşıyan işgüzar səfər ola biləcəyini qeyd edib.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600