“Kreml lideri Vladimir Putinin daxili çevrəsində bir parçalanma var. Onun bir hissəsi müharibənin bitməsini müdafiə edir”.
Zefer.media xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski “The Guardian” qəzetinə verdiyi müsahibədə deyib.
“Rusiya prezidentinin ətrafı arasında müharibənin sonrakı taleyi ilə bağlı birlik yoxdur. Putinin ətrafındakı bəzi insanlar hərbi əməliyyatların davam etdirilməsinin, digərləri isə onlara son qoyulmasının tərəfdarıdır. Habelə iş adamları da başa düşürlər ki, Rusiya iqtisadiyyatı dəhşətli vəziyyətdədir”, – deyə Zelenski əlavə edib.
Zərintac Mayisqızı




