Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) 2025-ci il üçün üzvlük haqqını ödəməyib.
Zefer.media xəbər verir ki, bu barədə ER xarici işlər naziri Ararat Mirzoyan Milli Məclisə ER Xarici İşlər Nazirliyinin 2025-ci il üçün illik büdcə icrası hesabatını təqdim edərkən bildirib.
Mirzoyan deyib: “Üzvlük haqqını sadəcə təşkilatda iştirak etməməyimizin sadə səbəbi ilə ödəmədik”.
Zərintac Mayisqızı

















