Ermənistanın Baş naziri Nikol Paşinyan parlament seçkilərinin ilkin nəticələrinin açıqlanmasından sonra çıxış edərək İrəvanın sülh, regional əməkdaşlıq və qonşu ölkələrlə münasibətlərin normallaşdırılması kursuna sadiq olduğunu deyib.
Baş nazirin sözlərinə görə, Ermənistanın əsas prioritetlərindən biri Azərbaycanla sülh prosesinin institusionallaşdırılmasıdır: “Ermənistan və Azərbaycan arasında sülhü təsis etməliyik”.
Paşinyan ayrıca olaraq Ermənistan-Türkiyə münasibətlərinə toxunub. O qeyd edib ki, İrəvan normallaşma prosesində və iki ölkə arasında dövlət sərhədinin açılmasında daha da irəliləyiş gözləyir.
Zərintac Mayisqızı

















