Dünya

İran, Fransa və Qətər regional gərginliyi müzakirə ediblər

8 İyun 2026, 11:321
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün İranın xarici işlər naziri Abbas Əraqçı Fransa və Qətər xarici işlər nazirləri ilə ayrı-ayrılıqda telefon danışıqları aparıb.

Zefer.media xəbər verir ki, danışıqlar Fransa XİN rəhbəri Jan-Noel Barrot və Qətər xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al Tani ilə keçirilib.

Məlumata görə, müzakirələrdə Livan cəbhəsindəki son hadisələr, bölgədəki gərginlik və İsrail–İran xəttində artan qarşıdurma diqqət mərkəzində olub.

Qətər tərəfi ABŞ və İran arasında vasitəçilik səylərinin davam etdirilməsinin vacibliyini vurğulayıb və bölgədə eskalasiyanın qarşısının alınmasına yönəlmiş diplomatik təşəbbüslərə dəstəyini ifadə edib.

 

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600