Avropa dövlətləri Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlar üçün Rusiya tərəfinə konkret təkliflər təqdim etməlidirlər.
Zefer.media xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin iyunun 5-də Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun (SPIEF 2026) kuluarlarında bildirib.
“RİA Novosti” onun sözlərini sitat gətirib: “Əgər onlar səmimi dialoq istəyirlərsə, konkret fikirlər irəli sürməlidirlər. Görəcəyik ki, həmin fikirlər müzakirəyə dəyərmi, yoxsa yox?” .
Rusiya xarici işlər nazirinin müavini Moskva ilə dialoqda ultimatumların istifadəsinin qəbuledilməz olduğunu vurğulayıb.
“Konstruktiv müzakirələrə başlamaq imkanı birbaşa Avropa tərəfdaşlarının bu cür qarşıdurma ritorikasından imtina etmək istəyindən asılıdır”, – o əlavə edib.
Zərintac Mayisqızı

















