Dünya

Keçmiş AMAN rəhbəri: “Əhmədinejad daha geniş planın bir hissəsi idi”

2 İyun 2026, 17:133
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

İsrail hərbi kəşfiyyatının (AMAN) sabiq rəhbəri Tamir Heyman “The New York Times” qəzetinin İranın sabiq prezidenti Mahmud Əhmədinejadla bağlı diqqətçəkən xəbərinə açıqlama gətirib.

Zefer.media xəbər verir ki, Heyman PBS telekanalına müsahibəsində İsrail tərəfindən İran ətrafında formalaşdırılan “təhlükəsizlik zənciri”ndən danışıb və Əhmədinejadın bu zəncirin halqalarından biri olduğunu bildirib.

Onun sözlərinə görə, layihənin əsas mərhələsi kürdlərlə bağlı planın həyata keçirilməsindən başlamalı idi. Ancaq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın amerikalı həmkarı Donald Trampa göstərdiyi təsir nəticəsində bu mərhələ reallaşmayıb.

“Əhmədinejadla bağlı baş verməli olan bir sıra xüsusi əməliyyatlar var idi. O, zəncirin əsas halqalarından sayılırdı. Ancaq kürdləri Türkiyənin sabitliyinə strateji təhdid hesab edən Ərdoğan Trampı kürdlərə dövlət verməyin pis bir fikir olduğuna inandırıb”, – Heyman vurğulayıb.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600