Dünya

İran ABŞ-nin memorandum layihəsinə hələ cavab verməyib

2 İyun 2026, 12:101
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

İran ABŞ ilə mümkün anlaşmaya dair memorandum layihəsinin son mətnini hələ də nəzərdən keçirir və Vaşinqtona rəsmi cavab verməyib.

Zefer.media xəbər verir ki, bununla bağlı “Mehr News” agentliyi danışıqlar prosesinə yaxın məlumatlı mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, ABŞ-nin mövqeyindəki qeyri-müəyyənlik və tərəflər arasında formalaşmış etimadsızlıq Tehranı təklif olunan sənədə xüsusi diqqətlə yanaşmağa vadar edir.

“ABŞ müharibədən, biz isə razılaşmadan narahatıq. Çünki Vaşinqton müxtəlif münaqişələrə böyük maliyyə vəsaiti sərf etsə də, istədiyi nəticələri əldə edə bilməyib”, – deyə, mənbə vurğulayıb.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600