Hazırda Aİ ilə AİB arasında seçimlə bağlı referendum keçirmək məntiqli deyil.
Zefer.media xəbər verir ki, bu fikirləri Ermənistanın Hakim Vətəndaş Müqaviləsi Partiyasının rəhbəri Nikol Paşinyan sosial mediada video müraciətində bildirib.
O vurğulayıb ki, İrəvan AİB ilə AİB arasında seçim qaçılmaz olana qədər işləyir və işləməyə davam edəcək.
“Həmin referendumun nə vaxt keçiriləcəyi də vacib bir sualdır. Ən azından Ermənistan rəsmi olaraq Aİ-yə üzvlük üçün müraciət edənə və ya namizəd statusu almağa yaxın olana qədər hər hansı bir referendum keçirmək məntiqsizdir. Çünki, mahiyyət etibarilə, xalqa bu və ya digər yolu seçmək imkanı vermək üçün heç bir əsas, heç bir tarazlıq qurulmayıb. Bu gün sözügedən seçim nəzəri xarakter daşıyır və referenduma nəzəri seçim etmək çox ağlabatan deyil, səhvdir və əsassızdır”, – deyə Paşinyan bildirib.
Zərintac Mayisqızı




