Cənubi Koreyada müdafiə zavodunda baş verən partlayış və sonrakı yanğın nəticəsində dörd nəfər həlak olub.
Zefer.media xəbər verir ki, hadisənin Tecjon şəhərindəki “Hanwha Aerospace” zavodunda baş verdiyi bildirilir.
Ölənlərdən əlavə, daha iki nəfər yaralanıb.
Qeyd olunur ki, bu zavod taktiki yer-yer raketləri də daxil olmaqla əsas silah sistemləri istehsal edir. Şirkət həmçinin idarə olunan silahlar və hərəkətverici sistemlər də hazırlayır.
Cənubi Koreya prezidenti Li Ce Myonq qəzaya reaksiya vermək üçün bütün resursların səfərbər edilməsinə və araşdırma aparılmasına çağırıb.
Zərintac Mayisqızı

















