Dünya

Pezeşkian İraq rəhbərliyi ilə telefon danışığı aparıb

26 May 2026, 18:330
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün İran prezidenti Məsud Pezeşkian İraq prezidenti Nizar Amidi və baş nazir Əli əz-Zeydi ilə ayrı-ayrılıqda telefon danışığı aparıb.

Zefer.media xəbər verir ki, telefon söhbətləri zamanı tərəflər bölgədə müharibələrin dayandırılması, gərginliyin azaldılması və problemlərin dialoq və diplomatiya yolu ilə həllinin vacibliyini vurğulayıblar.

Liderlər Qurban bayramı münasibətilə bir-birlərini təbrik ediblər.

Danışıqlarda İran və İraq arasında siyasi, iqtisadi və ticarət əməkdaşlığının genişləndirilməsi məsələləri də müzakirə olunub. Pezeşkian İraq prezidentini rəsmi səfərlə İrana dəvət edib.

Söhbət zamanı iki ölkə arasında məsləhətləşmələrin davam etdirilməsi və birgə razılaşmaların icrasının sürətləndirilməsinin vacibliyi qeyd olunub.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600