Ermənistan və ABŞ TRIPP (Trampın Beynəlxalq Rifah Yolu) layihəsi çərçivəsində strateji tərəfdaşlıq haqqında çərçivə sazişini paraflayıb və iki ölkə arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Xartiyasını imzalayıblar.
Zefer.media xəbər verir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio sənədləri İrəvanın Zvartnots hava limanında imzalayıblar.
Daha sonra nadir torpaq metallarının və vacib mineralların hasilatını, emalını və tədarükünü təmin etmək üçün çərçivə memorandumu imzalanıb.
Zərintac Mayisqızı

















