Dünya

“Rubionun İrəvana səfərinin qarşıdakı seçkilərlə əlaqəsi yoxdur”

25 May 2026, 16:451
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

ABŞ Dövlət katibi Marko Rubionun İrəvana mayın 26-na planlaşdırılan səfəri ilə qarşıdakı parlament seçkiləri arasında hər hansı əlaqə yoxdur.

Zefer.media xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib. “Bunun seçkilərlə nə əlaqəsi var? Bunlar necə əlaqəli ola bilər?”, – deyə Mirzoyan Rubionun Ermənistana səfərinin qarşıdan gələn səsvermə ilə əlaqəli olub-olmadığı barədə suala cavab olaraq “news.am” portalına bildirib.

Nazir, həmçinin Marko Rubionun səfəri zamanı hansı sənədlərin imzalanacağına dair sualı cavablandırmaqdan imtina edərək deyib ki, bununla bağlı açıqlama vaxtı çatanda veriləcək.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600