Dünya

Tramp: “İranla razılaşma ya əla olacaq, ya da olmayacaq”

25 May 2026, 16:471
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün ABŞ prezidenti Donald Tramp İranla mümkün razılaşma ilə bağlı açıqlama verib.

Zefer.media xəbər verir, o, “Truth Sosial” platformasındakı paylaşımında belə bildirib:

“İranla bağlanacaq potensial razılaşma “ya çox yaxşı və məntiqli olacaq, ya da ümumiyyətlə baş tutmayacaq”.

Tramp paylaşımında həm demokratları, həm respublikaçıları, həm də proses barədə danışan bəzi şəxsləri tənqid edərək onların məsələ barədə məlumatlı olmadığını açıqlayıb.

ABŞ prezidenti Barak Obama administrasiyası dövründə imzalanmış nüvə sazişini “fəlakətli” adlandırıb və həmin razılaşmanın İran üçün nüvə silahına aparan yol açdığını bildirib.

Ağ Ev rəhbərinin sözlərinə görə, hazırkı danışıqlar əvvəlki nüvə sazişinin təkrarı olmayacaq.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600