Bu gün Əsəluyə şəhərində yerləşən qaz emalı zavodunda partlayış baş verib.
Zefer.media xəbər verir ki, bu barədə Cənubi Pars Qaz Kompleksinin nümayəndəsi deyib.
Hadisə səhər saatlarında müharibədən zərər görmüş altıncı Əsəluyə qaz zavodunda bərpa və təmizlik işləri aparılarkən qeydə alınıb.
Partlayış nəticəsində bərpa işlərində çalışan podratçı şirkətin üç işçisi yaralanıb.
Yaralıların xəstəxanaya çatdırıldığı və onların vəziyyətinin nəzarətdə olduğu bildirilir.
Zərintac Mayisqızı

















