Dünya

Medvedev: Paşinyan Rusiya ilə münasibətləri birbaşa təhlükə altına qoyub

25 May 2026, 12:361
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya, KTMT və Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə münasibətləri birbaşa təhlükəyə atıb və onun hərəkətlərinin nəticələri olacaq.

Zefer.media xəbər verir ki, bunu “RİA Novosti”nin sualına cavab olaraq Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.

“Görünür, o, bizi axmaq hesab edir. Bu arada, o, böyük bir səhv hesablama aparıb və ölkəsi üçün son dərəcə təhlükəli bir yol tutur… Bir düşünün: bu qəribə şəxsin hərəkətləri nəticəsində bütün Ermənistan xalqı Rusiya bazarını, bütün Avrasiya İqtisadi Birliyini və onilliklər ərzində qurulmuş iqtisadi əlaqələrini itirərək uduzacaq”, – deyə o əlavə edib.

Medvedev ifadə edib ki, Paşinyanın siyasəti İrəvanın Rusiya qazını mövcud tariflərdən üç dəfə baha olan Avropa qiymətləri ilə almağa məcbur olmasına səbəb ola bilər.

Təhlükəsizlik Şurasının sədr müavini Ermənistanın Baş nazirinə vətəndaşlardan belə bir qiymət ödəməyə hazır olub-olmadıqlarını soruşmağı təklif edib.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600