Dünya

NYP: “ABŞ–İran razılaşması bir həftəyə yekunlaşa bilər”

25 May 2026, 08:511
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

ABŞ və İran arasında mümkün razılaşmanın yekunlaşdırılması bir həftəyə qədər vaxt apara bilər.

Zefer.media xəbər verir ki, bunu ABŞ administrasiyasının yüksək vəzifəli rəsmisi “New York Post” qəzetinə bildirib.

Rəsmisinin sözlərinə görə, əgər Tehran razılaşmanın şərtlərini qəbul etməsə, ABŞ prezidenti Donald Tramp danışıqlar prosesindən geri çəkilə bilər.

Mənbə qeyd edib ki, Tehrandakı mövcud vəziyyət razılaşmanın yekunlaşdırılması prosesini ləngidir.

Qeyd edilib ki, yekun sənədin müharibənin başlanğıcından bəri gizləndiyi və yaralandığı iddia olunan İranın ali lideri Müctəba Xameneiyə çatdırılması bir neçə gün çəkə bilər.

ABŞ rəsmisi əlavə edib ki, Hörmüz boğazının tam açılması və İran limanlarına tətbiq olunan ABŞ blokadasının dayandırılması təxminən yeddi gün davam edə bilər.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600