“Rusiya tərəfi Ermənistandan rəsmi bildiriş alıb ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın AİB iclasında iştirak edə bilməyəcək. Lakin problem onun iştirak etməməsi deyil, əksinə, bunun bir vərdişə çevrilməsidir”.
Zefer.media xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Moskvanın Paşinyanın sammitdə iştirakdan imtinasını necə qəbul etməsi və İrəvanın daha da avropalaşması halında əlaqələrin saxlanılmasının mümkün olub-olmaması ilə bağlı suala cavab verərkən deyib.
“Problem ondadır ki, Paşinyanın AİB ilə bağlı mövqeyi artıq sistemli xarakter alır. Onun AİB sammitində iştirak etməməsi ittifaqın özü üçün faciə deyil”, – Zaxarova qeyd edib.
Zərintac Mayisqızı




