Bu gün BƏƏ prezidentinin müşaviri Ənvər Qarqaş “X” hesabında paylaşım edərək bildirib ki, ölkəsi illərdir İran təhdidi ilə üzləşir və bu vəziyyət artıq Fars körfəzi bölgəsinin siyasi reallığının bir hissəsinə çevrilib.
Zefer.media xəbər verir ki, o, İranın bölgədəki təsirinin “təcavüzkar ritorika” ilə “dostluq mesajları” arasındakı ziddiyyət səbəbindən zəiflədiyini deyib.
Ənvər Qarqaşın sözlərinə görə, Tehran hazırda hərbi məğlubiyyətdən sonra yeni reallıq formalaşdırmağa çalışır.
Prezidentin müşaviri əlavə edib ki, İranın Hörmüz boğazı üzərində nəzarət qurmaq və ya BƏƏ-nin dəniz suverenliyinə təsir göstərmək cəhdləri “xəyal qırıqlarından başqa bir şey deyil”.
O, vurğulayıb ki, region ölkələri ilə normal münasibət qurmaq istəyən tərəf ilk növbədə itirilmiş etimadı bərpa etməlidir və bunun yolu yalnız “suverenliyə hörmət” və “mehriban qonşuluq prinsiplərinə səmimi bağlılıqdan” keçir.
Zərintac Mayisqızı















