Dünya

Mirzoyan: Ermənistanın AİB-dən çıxarılması məsələsi bizim müraciətimiz olmadan müzakirə edilə bilməz

21 May 2026, 12:411
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Ermənistanın Avrasiya İqtisadi Birliyindən (AİB) çıxması məsələsi, İrəvanın özü belə bir tələb irəli sürməyincə və belə bir istəyi ifadə etməyincə müzakirə edilə bilməz.

Zefer.media xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Aysor.am” saytına Rusiya Baş nazirinin müavini Aleksey Overçukun açıqlamasını şərh edərkən bildirib.

Ermənistanın müvafiq qərarı nə vaxt verə biləcəyi ilə bağlı suala Mirzoyan cavabında bunun zərurət yarandıqda baş verəcəyini deyib:
“Mən müəyyən bir müddətdən danışa bilmərəm. Belə bir məsələ bizim gündəmimizdə deyil”.
Nazir həmçinin qeyd edib ki, Ermənistanın AİB-dəki üzvlüyünün onun iştirakı olmadan dondurulması məsələsi də müzakirə edilə bilməz: “Bu, baş verə bilməz. Bu, nizamnamədə nəzərdə tutulmayıb. AİB konsensus qərarları ilə idarə olunan bir təşkilatdır. Bu necə baş verə bilər?”.
Ermənistan xarici işlər naziri vurğulayıb ki, İrəvan Ermənistan-Rusiya münasibətlərinə gərginlik qatmaq niyyətində deyil.
Zərintac Mayisqızı 
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600