İran sülh müqaviləsi ilə razılaşmasa, Vaşinqton Tehrana qarşı yeni hücumlara hazırdır.
Zefer.media xəbər verir ki, bunu dünən ABŞ prezidenti Donald Tramp bildirib.
Tramp qeyd edib ki, ABŞ hələlik diplomatik cavab gözləyir və “düzgün cavablar” almaq üçün bir neçə gün gözləməyə hazır ola bilər.
“Düzgün cavablar almasaq, hər şey çox tez bitəcək. Hamımız getməyə hazırıq. Düzgün cavablar almalıyıq”, – deyə, ABŞ prezidenti vurğulayıb.
Zərintac Mayisqızı















