Rusiya və Çin müstəqil və muxtar xarici siyasətə sadiqdirlər.
Zefer.media xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bunu mayın 20-də bildirib.
“Rusiya və Çin müstəqil və muxtar xarici siyasətə sadiqdir, sıx strateji tərəfdaşlıq şəraitində fəaliyyət göstərir və qlobal səhnədə mühüm sabitləşdirici rol oynayır”, – deyə o vurğulayıb.
Putinin sözlərinə görə, Çin prezidenti Si Cinpinlə təmasları zamanı tərəflər cari beynəlxalq məsələləri müzakirə ediblər və Moskva və Pekinin ortaq fundamental yanaşmalarını təsdiqləyən birgə bəyannamə qəbul ediblər.
Rusiya lideri habelə ölkələrin beynəlxalq hüququ və BMT Nizamnaməsinin müddəalarını müdafiə etdiyini, ŞƏT, BRİKS və digər beynəlxalq birliklər çərçivəsində əməkdaşlıq etdiyini söyləyib.
Zərintac Mayisqızı















