Dünya

Qeşm adasında partlayış

19 May 2026, 17:053
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün günorta saatlarında İranın cənubunda yerləşən Qeşm adasında ardıcıl olaraq bir neçə partlayışa bənzər səs eşidilib.

Zefer.media xəbər verir ki, bununla bağlı, “Mehr News” agentliyi məlumat yayıb.

Hormozqan əyalətinin başçısının təhlükəsizlik məsələləri üzrə müavini bildirib ki, partlayış səsləri vətəndaşlar arasında təşviş yaratsa da, hadisə xüsusi təyinatlı qüvvələr tərəfindən partlamamış sursatın zərərsizləşdirilməsi ilə bağlı olub.

Rəsmi şəxs əlavə edib ki, Qeşm sakinlərinin narahat olmasına əsas yoxdur və sosial mediada yayılan şayiələrə əhəmiyyət verməsinlər.

Habelə, bu gün Suriyanın paytaxtı Dəməşqdəki məhəllələrdən birində bomba yerləşdirilmiş avtomobil partladılıb. Reuters agentliyinin məlumatına görə, partlayış silahlara nəzarət mərkəzini hədəfə alıb.

Suriya mediası hadisə yerindən görüntülər yayımlayıb. Hadisə nəticəsində ölən və yaralananlar barədə hələlik rəsmi açıqlama verilməyib.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600