Dünya

Ukrayna da İranın BƏƏ-yə hücumlarını pislədi

5 May 2026, 16:152
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Bu gün Ukrayna İranın Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) qarşı həyata keçirdiyi raket və dron hücumlarını pisləyib.

Zefer.media xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa “X” hesabında paylaşım edərək bildirib.

O qeyd edib ki, Kiyev İranın BƏƏ-də mülki infrastrukturu hədəf alan son hücumlarını qətiyyətlə qınayır və BƏƏ xalqı ilə həmrəydir.

Sibiqa vurğulayıb ki, belə hücumlar qəbuledilməzdir və həm regional, həm də qlobal təhlükəsizliyə ciddi zərbə vurur.

Ukrayna XİN rəhbəri gərginliyin azaldılmasına və diplomatik həll yollarına çağıraraq qeyd edib ki, Ukrayna bütün təcavüz aktlarına qarşı çıxır və beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsini dəstəkləyir.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600