• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
17.4° Weather Columbus
$
1.7
€
1.985
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Banner

5 may – Xalçaçı Günüdür

05 May, 26 / 15:29
A A
5 may Azərbaycanda Xalçaçı Günü peşə bayramı kimi qeyd olunur.
Zefer.media xəbər verir ki, bu əlamətdar tarix “Azərxalça” ASC-nin yaradılması ilə bağlıdır və Azərbaycan xalça sənətinin inkişafında rolu olan ustaların, xalçaçıların əməyini qiymətləndirmək məqsədi daşıyır.
Sözügedən peşə bayramı ölkəmizdə 2019-cu ildən etibarən, xüsusilə “Azərxalça”nın fəaliyyəti çərçivəsində rəsmi olaraq keçirilir.
Ulu Öndərin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev xalçaçılığın inkişafına da böyük diqqət və qayğı göstərir. Ölkə rəhbərinin müvafiq sərəncamları ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması, “Xalçaçı Günü” peşə bayramının təsis edilməsi, respublikamızın şəhər və rayonlarında xalça istehsalı emalatxanalarının tikilib istifadəyə verilməsi həmin sənəti yaşadanlara göstərilən böyük dövlət qayğısının parlaq təzahürüdür. Məhz bu diqqət və qayğının bariz nümunəsi kimi Prezident İlham Əliyev mayın 4-də Azərbaycan xalçaçılarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən, Azərbaycanda xalçaçılıq sənətinin inkişafında səmərəli fəaliyyətlərinə görə, 18 nəfər “Tərəqqi” medalı ilə təltif edilib.
Ölkəmizdə xalçaçılıq sənətinin iqtisadiyyatımızdakı rolunu yüksək dəyərləndirən Dövlət başçısının diqqət və qayğısı ilə 2016-2020-ci illərdə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin 20-dən çox filialı yaradılaraq fəaliyyətə başlayıb.

Milli mədəniyyətimizin inkişafında böyük rolu olan Birinci vitse-prezident Mehriban xanım Əliyeva da xalçaçılığın yaşadılmasına öz dəyərli töhfələrini verir. Xalçaçıların problemlərinin aradan qaldırılmasında, onların fəaliyyət imkanlarının genişləndirilməsində, nailiyyətlərinin beynəlxalq miqyasda təbliğində Mehriban xanımın xidmətləri misilsizdir. Onun təşəbbüsü ilə Keniyanın Nayrobi şəhərində keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin V sessiyasında Azərbaycan xalçaçılıq sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi İrsin nümunələri siyahısına daxil olunub.

“Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nda xalçalarımızın ölkə brendi olaraq dünya bazarına ixrac olunması qarşıya qoyulan əsas vəzifələrdən biridir.

Bütün xalçaçıları əlamətdar gün münasibətilə təbrik edirik, fəaliyyətlərində nailiyyətlər arzulayırıq. Onlar adıçəkilən gözəl sənəti dünyaya tanıtdıran, əlləri qızıl zəhmətkeşlərdir!

Zərintac Mayisqızı 

Bənzər Xəbərlər

Banner

“Azəristiliktəchizat” son mövsümdə xidmət göstərdiyi obyektlərin sayını açıqlayıb

May 5, 2026
Manşet

İlham Əliyev 19-cu “Caspian Agro Week” və 31-ci “InterFood Azerbaijan” sərgiləri ilə tanış olub

May 5, 2026
Cəmiyyət

“Azəristiliktəchizat” istilik enerjisi istehsalını 5 % artırıb

May 5, 2026
Manşet

Ceyhun Bayramov Kaya Kallasla görüşüb

May 5, 2026
Manşet

Prezident İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibini qəbul edib

May 5, 2026
Siyasət

Kallas: Aİ Azərbaycanla daha strukturlaşdırılmış tərəfdaşlığı müzakirə etməyə hazırdır

May 5, 2026

XƏBƏR LENTİ

Ukrayna da İranın BƏƏ-yə hücumlarını pislədi

05 May, 26 / 16:15

Starmer: “İranın ölkəmizdəki sabitliyi pozan addımlarına səssiz qalmayacağıq”

05 May, 26 / 16:05

“Azəristiliktəchizat” son mövsümdə xidmət göstərdiyi obyektlərin sayını açıqlayıb

05 May, 26 / 15:59

İlham Əliyev 19-cu “Caspian Agro Week” və 31-ci “InterFood Azerbaijan” sərgiləri ilə tanış olub

05 May, 26 / 15:57

“Azəristiliktəchizat” istilik enerjisi istehsalını 5 % artırıb

05 May, 26 / 15:55

Çində yeni robot yol polisi xidmətə başlayıb

05 May, 26 / 15:53

5 may – Xalçaçı Günüdür

05 May, 26 / 15:29

Ceyhun Bayramov Kaya Kallasla görüşüb

05 May, 26 / 14:57

Prezident İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibini qəbul edib

05 May, 26 / 14:55

Kallas: Aİ Azərbaycanla daha strukturlaşdırılmış tərəfdaşlığı müzakirə etməyə hazırdır

05 May, 26 / 14:50

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.