Dünya

İran XİN: “ABŞ-nin davranışından asılı olmayaraq maraqlarımızı müdafiə edəcəyik”

4 May 2026, 13:391
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Tehran diplomatik proseslərdə milli maraqlarını qorumaq üçün bütün imkanlardan istifadə etməyə davam edəcək.

Zefer.media xəbər verir ki, bunu bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Xarici İşlər Nazirliyi ölkənin diplomatik siyasətinin icraçısı və qoruyucusu kimi müxtəlif kanallar vasitəsilə İranın maraqlarını müdafiə etmək öhdəliyini daşıyır.

Bəqayi vurğulayıb ki, qarşı tərəf danışıqlarda qeyri-ənənəvi və gözlənilməz davranış sərgiləsə belə, bu vəziyyət İranın mövqeyini zəiflətmir, əksinə daha da gücləndirir.

Sitat: “Bu vəziyyət müharibə şəraitində qeyri-ənənəvi üsullarla üzləşən bir müdafiəçinin daha da möhkəm dayanmasına bənzəyir”.

O əlavə edib ki, ABŞ ilə diplomatik münasibətlərdə də eyni prinsip keçərlidir və İran öz mövqeyini “tam güc və diqqətlə” qoruyacaq.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600