Dünya

Yaponiya İrana ödəniş etmədən tankerini Hörmüzdən keçirdi

29 Aprel 2026, 11:442
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

Yaponiya “İdemitsu Maru” tankerinin Hörmüz boğazından keçməsi üçün İrana heç bir rüsum və ya digər ödəniş etməyib.

Zefer.media xəbər verir ki, bu barədə Yaponiyanın Nikkei qəzeti mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, tankerin təhlükəsiz keçidi Yaponiya hökuməti ilə İran tərəfi arasında aparılan əlaqələr və danışıqlar nəticəsində təmin olunub. Tokioda yüksək vəzifəli bir rəsmi bildirib ki, proses ödənişlə deyil, diplomatik müzakirələrin nəticəsi kimi həyata keçirilib.

Xatırladaq ki, bundan əvvəl İran mediası Yaponiyanın “İdemitsu Kosan” neft emalı şirkətinə məxsus tankerin İranın köməyi ilə boğazdan keçdiyini yazmışdı.

Qeyd olunur ki, təxminən 2 milyon barel neft daşıyan “İdemitsu Maru” fevral ayının sonundan etibarən Səudiyyə Ərəbistanı sahillərində gözləmə vəziyyətində idi.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600