Dünya

Trampın qatıldığı tədbirdə atışma: yüksək vəzifəlilər təxliyə edildi – yeni görüntülər

26 Aprel 2026, 10:386
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

ABŞ prezidenti Donald Trampın iştirak etdiyi Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda atışma baş verib.

Zefer.media xarici KİV-ə istinadla xəbər verir ki, hadisə bir neçə saat əvvəl törədilib.

İlkin atəş səslərindən sonra tədbir iştirakçıları masaların altına gizlənib. Daha sonra təhlükəsizlik qüvvələri Donald Trampı, birinci xanım Melaniya Trampı, vitse-prezident Cey Di Vensi və müdafiə naziri Pit Heqseti də daxil olmaqla yüksək vəzifəli şəxsləri təxliyə edib.

Qeyd edilib ki, şübhəli saxlanılıb. Onun Kaliforniyadan olan 30 yaşlı kişi olduğu müəyyənləşdirilib.

Hadisə zamanı Məxfi Xidmət agentinin də yaralandığı qeyd olunur. İddialara görə, güllə agentin qoruyucu geyiminə dəyib və o, yerli xəstəxanaya aparılıb. Agentin vəziyyəti barədə rəsmi məlumat verilməyib.

Hadisədən sonra keçirilən mətbuat konfransında Donald Tramp atışmanın İranla müharibə ilə əlaqəli ola biləcəyi ehtimalına şübhə ilə yanaşıb.
Atışmanın yeni video görüntüləri də internetdə yayılıb. Videoda panikanın ilk saniyələri, qonaqların təxliyəsi və salonun girişində atəş açıldıqdan sonra Məxfi Xidmət əməkdaşlarının operativ hərəkətləri əks olunub.

Hadisədən sonra jurnalistlərə danışan Donald Tramp bildirib ki, baş verən silahlı insident onu Tehrana qarşı siyasətindən geri çəkilməyə məcbur etməyəcək.

“Düşünmürəm, amma heç vaxt bilmirsiniz. Biz çox şey öyrənirik. Dünyanın ən yaxşı insanları bunun üzərində işləyir”, – deyə, Tramp hücumun İranla müharibə ilə mümkün əlaqəsi barədə suala cavab verərkən bildirib.

ABŞ prezidenti əlavə edib ki, bu hadisə İranla davam edən münaqişədə “qalib gəlməsinə” mane olmayacaq.

VID_20260426_103223_434.mp4

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600