İranın xarici işlər naziri Abbas Əraqçı aprelin 24-də Pakistan, Oman və Rusiyaya bir sıra səfərlərə başlayacaq.
Zefer.media xəbər verir ki, bu barədə İranın dövlət xəbər agentliyi IRNA məlumat yayıb.
Bəyanatda deyilir: “Abbas Əraqçı cümə axşamından etibarən İslamabad, Məskət və Moskvaya səfər edəcək”.
Onun sözlərinə görə, səfərləri zamanı İran naziri ikitərəfli məsləhətləşmələr aparacaq və regiondakı vəziyyətin inkişafı, eləcə də ABŞ və İsrail arasında İranla münaqişəni müzakirə edəcək.
Zərintac Mayisqızı

















