Britaniya və Fransa Hörmüz boğazında naviqasiya azadlığını təmin etmək məqsədilə hərbi planlaşdırıcılardan “praktik hərbi seçimlər” hazırlanmasını tələb edib.
Zefer.media xəbər verir ki, bu barədə Britaniya Müdafiə Naziri Con Heyli və fransalı həmkarı Ketrin Votrin Londonda keçirilən görüşdə birgə mesaj yayıblar.
Bəyanatda bildirilib ki, hərbi planlaşdırıcıların əsas vəzifəsi liderlər tərəfindən formalaşdırılmış diplomatik razılaşmanı real hərbi planlara çevirmək və boğazda sərbəst naviqasiyanı qorumaq üçün koordinasiyalı fəaliyyət strategiyası hazırlamaqdır.
Nazirlər vurğulayıblar ki, diplomatik prosesin real nəticə verməsi üçün diqqətli planlaşdırma, açıq müzakirələr və müttəfiqlərin ciddi öhdəlikləri lazımdır. Onlar artıq missiyada iştirak etməyə hazır olduqlarını bildirən ölkələrə də təşəkkür ediblər.
Zərintac Mayisqızı

















