“Tehran İslam Respublikasına hücum halında istənilən hədəfi vurmağa hazırdır və qonşu ölkələri İranla müharibə edənlərə kömək göstərəcəkləri təqdirdə bölgədə neft hasilatının tamamilə dayandırılması riski barədə xəbərdar edir”.
Zefer.media xəbər verir ki, bunu SEPAH-ın komandir müavini Seyid Məcid Musəvi deyib.
“Əgər düşmən bundan sonra səhv edib bu təmiz torpağa hücum edərsə, bu dəfə hədəfimiz sizin dediyiniz yerdə olacaq. İranın cənub qonşuları başa düşməlidirlər ki, əgər onların coğrafi mövqeyi və ya obyektləri düşmənlər tərəfindən İran xalqına qarşı düşmənçilik hərəkətləri törətmək üçün istifadə olunarsa, bu, regionda neft hasilatının sonu demək olacaq”, – o qeyd edib.
Zərintac Mayisqızı

















