• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
4.1° Weather Columbus
$
1.7
€
1.9934
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Siyasət

Vaşinqton–Tehran xəttində ziddiyyət: danışıqlar dalana dirənir

21 Aprel, 26 / 11:52
A A

İran Prezidenti Məsud Pezeşkian ABŞ rəsmilərinin son açıqlamalarına sərt reaksiya verib.

Dövlət başçısı bu barədə sosial media hesabında paylaşım edib.

O, Vaşinqtonun Tehrana qarşı mövqeyini tənqid edərək bildirib ki, ABŞ-nin yanaşması konstruktiv deyil və ziddiyyətli bəyanatlarla müşayiət olunur.

Prezident vurğulayıb ki, İran cəmiyyətində ABŞ-yə qarşı etimadsızlıq tarixi səbəblərə əsaslanır və son açıqlamalar bu münasibəti daha da gücləndirir.

“Öhdəliklərə riayət etmək rasional dialoqun əsasını təşkil edir. Onlar İranın təslim olmasını istəyirlər. İran xalqı zülmə boyun əyməyəcək”, – Pezeşkian qeyd edib.

Mövzu ilə bağlı Zefer.media–ya açıqlama verən politoloq Azad Məsiyev qeyd edib ki, ABŞ uzun müddətdir ki, İrana qarşı hərbi əməliyyatlara zəmin yaratmaq üçün müxtəlif bəhanələr əsasında təbliğat aparır:

“Vaxtilə İranın terroru dəstəkləməsi iddiaları ön plana çəkilərək bu ölkəyə qarşı geniş informasiya kampaniyası quruldu və nəticədə İran sanksiyalar vasitəsilə qlobal iqtisadi-siyasi sistemdən təcrid edilməyə çalışıldı.
Lakin tətbiq edilən sanksiyalar İranı gözlənildiyi kimi zəiflətmədiyindən, ABŞ yeni strategiyaya əl atdı. Bu dəfə uranın zənginləşdirilməsi məsələsi əsas arqument kimi irəli sürüldü və hərbi əməliyyatlara başlanıldı. Bu addımın əsas məqsədi İranda mövcud hakimiyyəti dəyişmək və ABŞ-nin maraqlarına uyğun yeni siyasi sistem formalaşdırmaq idi. Bu prosesdə İsrailin də dəstəyi müşahidə olundu.

Ancaq hadisələrin inkişafı ABŞ-nin gözləntilərinə uyğun olmadı. Vaşinqton hesab edirdi ki, hərbi təzyiq nəticəsində İranda daxili narazılıq artacaq, inqilabi vəziyyət yaranacaq və xalq hakimiyyətə qarşı çıxaraq siyasi dəyişikliklərə səbəb olacaq. Lakin bu ssenari reallaşmadı. Əksinə, İranın müqaviməti gücləndi və proseslər fərqli istiqamətdə inkişaf etdi.
Hərbi əməliyyatların başlanması ABŞ daxilində də ciddi narazılıqlara səbəb oldu. Xüsusilə, Hörmüz boğazı ilə bağlı yaranan gərginlik qlobal iqtisadiyyata mənfi təsir göstərdi, enerji bazarlarında qeyri-sabitlik yaratdı və bu, ABŞ-nin müttəfiqlərinə də ciddi ziyan vurdu. Nəticədə, həm beynəlxalq aləmdə, həm də ABŞ daxilində Vaşinqtonun siyasətinə qarşı tənqidlər artdı.

Daxili siyasi müstəvidə isə demokratlarla respublikaçılar arasında qarşıdurma daha da kəskinləşdi. ABŞ qanunvericiliyinə görə, 60 gündən artıq davam edən hərbi əməliyyatlar Konqreslə razılaşdırılmalıdır. Bu fonda aparılan rəy sorğuları göstərir ki, Tramp administrasiyasının reytinqi əhəmiyyətli dərəcədə aşağı düşüb və qarşıdakı seçkilərdə respublikaçıların məğlubiyyət ehtimalı artır.

Məhz bu şəraitdə ABŞ danışıqlar təşəbbüsü ilə çıxış etməyə başladı. Vaşinqtonun məqsədi elə bir razılaşma əldə etməkdir ki, bunu daxili auditoriyaya siyasi qələbə kimi təqdim edə bilsin. Lakin İran bu cür yanaşmanı qəbul etmir və öz milli maraqlarına zidd hər hansı sənədi imzalamaq niyyətində deyil.

İran tərəfi beynəlxalq hüquqa istinad edərək mövqeyini əsaslandırır. BMT Nizamnaməsinin 51-ci maddəsinə görə, hər bir dövlətin özünümüdafiə hüququ var və Tehran da öz suverenliyini qorumaq üçün bu hüquqdan istifadə etdiyini deyir”.

Politoloq əlavə edib ki, hazırda müzakirə olunan görüşlər və danışıqlar da tərəflər arasında ciddi fikir ayrılıqlarının mövcud olduğunu göstərir:

“ABŞ daha çox diktəedici mövqedən çıxış etməyə çalışır, İran isə danışıqların beynəlxalq hüquq çərçivəsində aparılmasını tələb edir. Bu ziddiyyət danışıqların dalana dirənməsinə səbəb olur.

Eyni zamanda, ABŞ-nin hərbi müstəvidə müəyyən üstünlüklər əldə etməsinə baxmayaraq, siyasi və iqtisadi sahədə çətinliklərlə üzləşdiyi müşahidə olunur. NATO və Avropa İttifaqı ölkələri açıq şəkildə bu münaqişəyə tam dəstək verməkdən çəkinir və onu əsasən ABŞ-nin təşəbbüsü kimi qiymətləndirirlər.
Bütün bu amillər göstərir ki, ABŞ-nin əsas strateji məqsədi İranda hakimiyyət dəyişikliyinə nail olmaqdır. Lakin bu məqsədə çatmaq üçün quru əməliyyatların aparılması zərurəti yaranarsa, bu, Vaşinqton üçün daha ağır nəticələr doğura bilər.

Nəticə etibarilə, tərəflər arasında davam edən gərginlik və qarşılıqlı etimadsızlıq səbəbindən yaxın perspektivdə tam razılaşmanın əldə olunması çətin görünür. İran öz milli maraqlarını əsas götürərək mövqeyini qorumaqda davam edir, ABŞ isə siyasi imicini bərpa etməyə çalışaraq prosesləri öz xeyrinə yönləndirmək istəyir”.

Aytən Yalçınqızı

Bənzər Xəbərlər

Dünya

ABŞ İrana qarşı əməliyyat üçün mümkün ssenariləri müzakirə edib

May 1, 2026
Gündəm

“İctimai proseslər media müstəvisində” mövzusunda III Forumun açılış mərasimi olub

May 1, 2026
Cəmiyyət

Uşağa doğru ad seçimi necə edilməlidir? - AÇIQLAMA

May 1, 2026
Manşet

XTQ-nin yaranmasının 27-ci ildönümü münasibətilə “Sədaqətim Şərəfimdir” adlı tədbir keçirilib

May 1, 2026
Cəmiyyət

Həftəsonu Bakıda bəzi yollar təmirə bağlanacaq

Aprel 30, 2026
Dünya

İranın xarici işlər naziri və Livan Parlamentinin sədri arasında telefon danışığı olub

Aprel 30, 2026

XƏBƏR LENTİ

Ukrayna hücumlara qarşı müdafiəni gücləndirir - Zelenski 

02 May, 26 / 0:29

Dəməşqdə baş verən partlayışda tanınmış alim həlak olub

02 May, 26 / 0:23

Maykl Ceksonun əşyaları satışda

02 May, 26 / 0:14

"Siz heç kimə lazım deyilsiniz" - Tarix Əliyev həmkarlarına söz atdı 

02 May, 26 / 0:11

İranın ali rəhbəri tərəfindən bəyanat yayıldı

02 May, 26 / 0:04

İranda etirazçılar Xameneyinin banerinə od vurdular

02 May, 26 / 0:02

Ağdamda ağır qəza: ölənlərin və yaralıların kimliyi bilindi

01 May, 26 / 23:59

Tramp İranla müharibənin bitdiyini AÇIQLADI

01 May, 26 / 23:43

Azərbaycan QHT-ləri Ermənistana gedən Avropa liderlərinə açıq məktub yazıb

01 May, 26 / 22:03

Netanyahu xərçəngə bu yolla qalib gəldiyini açıqladı

01 May, 26 / 21:48

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.