İranın xarici işlər naziri Abbas Əraqçı və Livan Parlamentinin sədri Nəbih Berri arasında telefon danışığı olub.
Zefer.media xəbər verir ki, Abbas Əraqçı və Nəbih Berri Livanda, habelə regionda baş verən hadisələri, İslamabadda danışıqların gedişatını və qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
Əraqçı Livan xalqına dəstəyini ifadə edərək: “İsrail təcavüzünə son qoyulmasının İran və ABŞ arasında atəşkəs razılaşmasının bir hissəsi olduğunu” qeyd edib.
Zərintac Mayisqızı

















