Dünya

Türkiyədə məktəbdə baş verən iki atışma ilə bağlı 162 nəfər həbs edilib

16 Aprel 2026, 19:442
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

“Türkiyə polisi iki məktəbdə baş verən atışmadan sonra 162 nəfəri saxlayıb”.

Zefer.media xəbər verir ki, bununla bağlı “Gazete Kalem” qəzeti ədliyyə naziri Akın Gürleyə istinadən məlumat yayıb.

Saxlanılanlar hücumlar barədə yalan məlumat yaymaqda, eləcə də onları internetdə açıq şəkildə dəstəkləməkdə şübhəli bilinirlər.

Gürlekin sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları 1100-dən çox sosial media hesabını bloklayıblar.

Nazir bildirib ki, əhali arasında qorxu, narahatlıq və panika yayan məzmunlu çoxsaylı hesablar aşkarlayıblar: “Onlar açıq şəkildə yanlış informasiyalar yayıb, cinayətlərə və cinayətkarlara haqq qazandırıblar”.

Media orqanı əlavə edib ki, Ankara Baş Prokurorluğu Təhlükəsizlik Baş İdarəsinin Kibercinayətkarlıqla Mübarizə Departamentinə uşaqlara qarşı zorakılığa təhrik edə biləcək rəqəmsal məzmun və platformaları müəyyənləşdirib və müvafiq tədbir görmək tapşırığı verib.

Zərintac Mayisqızı 

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600