İranın Avstraliyadakı keçmiş səfiri Məhəmməd Həsən Qədiri Əbyane İslam Respublikası ilə ABŞ və İsrail arasında baş verən son müharibə ilə bağlı sərt açıqlamalar verib.
Zefer.media xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
O bildirib ki, ABŞ prezidenti Donald Trampa böyük maliyyə dəstəyi göstərən ərəb ölkələri həmin vəsaiti İrana ödəməlidir:
“Trampa trilyonlarla dollar verən ərəb ölkələri bu pulu Tramp əvəzinə bizə verməlidirlər”.
Qədiri Əbyane həmçinin Hörmüz boğazı ilə bağlı iddialı mövqe sərgiləyərək deyib: “Düşmən gəmilərinin bizə kompensasiya ödəməyincə Hörmüz boğazından keçməsinə icazə verməyəcəyik”.
Keçmiş səfir əlavə edib ki, İran atəşkəsi qəbul etməyib və qarşı tərəfin addımlarına cavab olaraq fəaliyyətini davam etdirəcək: “Biz heç vaxt atəşkəsi qəbul etməmişik və onların hərəkətlərinə qarşı qisas olaraq addımlarımızı davam etdirəcəyik”.
Zərintac Mayisqızı

















