İslamabadda keçirilən ABŞ–İran danışıqları zamanı ABŞ vitse-prezidenti C.D. Vens və İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ilkin mərhələdə sərt mövqe nümayiş etdiriblər.
Zefer.media xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.
Bildirilib ki, uzun və gərgin müzakirələrdən sonra Qalibaf ABŞ nümayəndə heyətini “təcrübəli və peşəkar danışıqçı” kimi heyran etməyi bacarıb.
Qəzet qeyd edir ki, iranlı siyasətçi Vaşinqton tərəfindən “yeni İranın potensial lideri” kimi də qəbul olunur.
“Washington Post”un yazarı David İqnatius danışıqlarla bağlı təhlilində bildirib ki, görüşlər 21 saatdan çox davam edib. Onun sözlərinə görə, Qalibaf uzun müzakirələrdən sonra danışıqlarda üstün performans göstərərək ABŞ tərəfinin diqqətini çəkib.
Zərintac Mayisqızı

















