• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
7.7° Weather Columbus
$
1.7
€
1.9824
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Qəbələ görüşü dövlətimizin və Prezidentimizin sülhə sadiqliyinin göstəricisidir - Cəlil Xəlilov

13 Aprel, 26 / 14:06
A A

“Hikmət Hacıyevin “Sülh Körpüsü” təşəbbüsünün iştirakçıları ilə görüşü dövlətimizin sülhə verdiyi önəmi göstərir”.

“Qəbələ görüşü dövlətimizin və Prezidentimizin sülhə sadiqliyinin göstəricisidir”.

Zefer.media xəbər verir ki, bu sözləri açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, 8 avqust 2025-ci il tarixində Vaşinqtonda sülh mətninin paraflanması və bunun ardınca dövlətimizin atdığı addımlar Cənubi Qafqazda sülh mühitini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb, sülhün möhkəmlənməsi üçün yeni perspektivlər açıb:

“Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan dövləti regionda etibarlı və uzunmüddətli sülhün bərqərar olmağında maraqlıdır və bugünə qədər olduğu kimi bundan sonra da sülh siyasətinə sadiq qalacaq. Ötən il avqustun 8-də ABŞ prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında sülh mətninin paraflanması, habelə, bu hadisədən sonra qarşılıqlı etimadın güclənməsi üçün rəsmi Bakı tərəfindən görülən işlər sülh üçün əlavə zəmin formalaşdırıb, yeni perspektivlər açıb.

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “Sülh Körpüsü” təşəbbüsünün iştirakçıları ilə görüşü bir daha dövlətimizin sülhə verdiyi önəmi göstərir.

Qəbələ şəhərində “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətlərinin nümayəndələri arasında keçirilən görüş sübut etdi ki, ölkəmiz sülhün möhkəmlənməsi üçün öz səylərini uğurla davam etdirməkdədir. Həm Hikmət Hacıyevin Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşü, həm də Qəbələ şəhərində aparılan müzakirələr rəsmi Bakının sülh siyasətinə sadiqliyindən xəbər verir.

Qəbələ görüşü, eyni zamanda Ermənistanla iqtisadi münasibətlərin inkişafı ilə bağlı ortaya qoyulan səylər onu deməyə əsas verir ki, Azərbaycan sülhün inkişafı üçün əməli müstəvidə konkret addımlar atır, sülhün dərinləşməsi üçün praktiki şəkildə intensiv fəaliyyət ortaya qoyur.

Bununla yanaşı, ölkəmiz həm də Azərbaycan və Ermənistan cəmiyyətləri arasında uzun müddətdir ki, mövcud olan düşmənçilik münasibətlərinin ortadan qaldırılması, qarşılıqlı etimad mühitinin yaradılması istiqamətində mühüm işlər görür. Qəbələdə hər iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən müzakirələr də məhz bununla bağlıdır.

Bir sözlə, vətəndaş cəmiyyəti nümayəndələrinin Qəbələ görüşü Azərbaycan və Ermənistan cəmiyyətlərinin sülhə hazırlanması istiqamətində irəliyə doğru atılan mühüm addımdır. Gələcəkdə oxşar məzmunlu görüşlərin keçirilməsi xalqlar arasında qarşılıqlı inam və etimadı əhəmiyyətli dərəcədə artıracaq ki, bu da etibarlı sülhün formalaşması, regionda uzunmüddətli əmin-amanlığın bərqərar olması üçün vacibdir. Həmçinin, hesab edirəm ki, gələcəkdə bu qəbildən keçirilən görüşlərdə yaşlı nəslin nümayəndələrinin, habelə, veteran təşkilatlarının təmsilçilərinin də iştirakı arzuedilən olardı”.

Bənzər Xəbərlər

Gündəm

Zəfərin "görünməz" memarları: İradənin polada çevrildiyi yer - XTQ

Aprel 30, 2026
Cəmiyyət

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb

Aprel 30, 2026
Manşet

Sərhəd tanımayan güc - XTQ-nin 27 illik şərəfli yolu

Aprel 30, 2026
Cəmiyyət

2027-dən xarici dil imtahanında hansı dəyişikliklər olacaq ? - Açıqlama

Aprel 29, 2026
Manşet

Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək

Aprel 29, 2026
Manşet

Komissiya: Azərbaycan və Ermənistanın biznes dairələri arasında görüş keçirilib

Aprel 29, 2026

XƏBƏR LENTİ

Zəfərin "görünməz" memarları: İradənin polada çevrildiyi yer - XTQ

30 Aprel, 26 / 9:00

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb

30 Aprel, 26 / 8:21

Sərhəd tanımayan güc - XTQ-nin 27 illik şərəfli yolu

30 Aprel, 26 / 8:00

2027-dən xarici dil imtahanında hansı dəyişikliklər olacaq ? - Açıqlama

29 Aprel, 26 / 20:18

Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların növbəti iclası Azərbaycanda keçiriləcək

29 Aprel, 26 / 18:30

Komissiya: Azərbaycan və Ermənistanın biznes dairələri arasında görüş keçirilib

29 Aprel, 26 / 18:28

Azərbaycan və Ermənistan delimitasiya üzrə təlimat layihələrini razılaşdırıb

29 Aprel, 26 / 18:27

Ərəb ölkələri HƏMAS-ın tərksilah planını hazırlayır

29 Aprel, 26 / 18:24

Aİ-dən Ukraynaya ilk 6 milyard avroluq müdafiə paketi

29 Aprel, 26 / 18:22

İran nefti Çinə dəmir yolu ilə ixrac etməyə çalışır

29 Aprel, 26 / 18:13

“Zefer” Media Qrupu Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

  • Haqqımızda
  • Media kodeks
  • Reklam
  • Əlaqə
  • Karyera
  • Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Zefer.media İnformasiya Portalı © 2026
design by Zefer Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

© 2026 Zefer Media İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Zefer.media - İnformasiya Portalı.