ABŞ və İran Pakistanda keçirilən danışıqlardan sonra razılığa gələ bilməyiblər.
Zefer.media xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Jeyms Devid Vens jurnalistlərə bildirib.
O qeyd edib ki, Amerika nümayəndə heyəti İranla razılaşma olmadan vətənə qayıdır. Onun sözlərinə görə, Vaşinqtonun əsas şərti Tehranın nüvə silahlarının hazırlanmasından və onların sürətli yaradılmasına imkan verəcək texnologiyalardan imtina etməsi ilə bağlı açıq öhdəliyi olaraq qalır.
Vens vurğulayıb ki, nüvə silahlarının ləğvi ilə bağlı birmənalı və uzunmüddətli öhdəlik görməliyik: “Bu, hələ ki, belə deyil”.
Öz növbəsində İran Xarici İşlər Nazirliyi tərəflərin bir sıra məsələlərdə qarşılıqlı anlaşmaya nail olduqlarını, lakin iki və ya üç vacib məsələdə fikir ayrılığı yaşadıqlarını və buna görə də razılığa gəlinmədiyini söyləyib.
Xatırladaq ki, şənbə günü İran və ABŞ Pakistanın paytaxtı İslamabadda danışıqlar aparıblar.
Zərintac Mayisqızı

















