Dünya

Ölkə rəhbərliyini hədəf almağı dayandırın, atəşkəs masadadır- İran

6 Aprel 2026, 21:396
Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100

İran ABŞ və İsraildən ölkə rəhbərliyini dərhal hədəf almağı dayandırmağı tələb edib və atəşkəs təklifi Tehrana çatdırılıb.

Zefer.media xəbər verir ki, bu barədə Pakistanlı rəsmilər açıqlayıb.

Belə ki, İran ABŞ və İsrailə qarşı şərtlərini aydınlaşdıraraq mümkün atəşkəs üçün qapını açıb.

Pakistanlı rəsmi mənbələrə görə, Tehran xüsusilə yüksək səviyyəli hərbi və mülki liderlərinə yönəlmiş hücumlar da daxil olmaqla bütün “düşmənçilik fəaliyyətlərinin dərhal dayandırılmasını” və Donald Trump tərəfindən Hörmüz Boğazı ilə bağlı qoyulmuş “müddətin” şərtsiz geri çəkilməsini tələb edir.

Mənbələr qeyd edirlər ki, İran həmin şərtlər təmin olunmadan heç bir atəşkəs təklifini qiymətləndirməyəcək və Tehran “təhlükə altında müzakirəyə məcbur edilə bilməyəcəyini” əlavə edib.

Lalə Qurbanlı

Zefer.MediaReklam728x90
Zefer.MediaReklam320x100
Zefer.MediaReklam160x600
Zefer.MediaReklam160x600